Ölkə

Tələbələrə ŞANS: Köçürülmə müraciətləri başladı

15 İyul 2025 11:05
Baxış: 518
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olunur.

Bu barədə Milli.Az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Elektron müraciətlərin qəbulu 2025-ci il iyulun 15-i saat 11:00-da başlayacaq və iyulun 22-si saat 18:00-da başa çatacaq. Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra sistemə daxil olub elektron müraciət formasını doldurmalı və təsdiq etməlidirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.