Ölkə

Bakı metrosundan istifadə edənlərin DİQQƏTİNƏ

25 İyun 2025 10:15
Baxış: 1 832
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Tədris ilinin yekunlaşması, yay mövsümünün başlanması və nəticədə sərnişin axınının azalması ilə əlaqədar "Bakı Metropoliteni" QSC tərəfindən qatarların hərəkət qrafikinə dəyişiklik edilib.

Bu barədə Milli.Az-a "Bakı Metropoliteni"ndən məlumat verilib.

Bildirilib ki, yay qrafikinə əsasən metropolitendə qatarların hərəkəti iş və qeyri-iş günlərində iki fərqli cədvəllə tənzimlənir.

İş günlərində "28 May-Əhmədli" sahəsində və əks istiqamətdə saat 07:00-10:00 və 17:00-21:00-da qatarlar arasında interval 2,5 dəqiqə təşkil edir. Günün digər saatlarında qatarlar 3 dəqiqəlik intervalla hərəkət edir. Şənbə və bazar günlərinin cədvəlinə əsasən isə həmin istiqamətlərdə saat 06:00-dan 22:00-a qədər qatarlararası interval 3 dəqiqədir.

"28 May-İçərişəhər" və "28 May-Dərnəgül" istiqamətlərində interval qeyd edilən müddətlərdən iki dəfə artıq müəyyən edilib.

Bənövşəyi xətdə və "Xətai-Cəfər Cabbarlı" mənzilində hərəkət qrafikində dəyişiklik olunmayıb.

Qrafik dəyişikliyi "Bakmil" stansiyası və əksinə hərəkətə də tətbiq edilib və yeni qrafik "metro.gov.az" saytında yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.