Ölkə

Metroda azyaşlıya qeyri-etik hərəkətlər edən şəxs həbs edildi

17 İyun 2025 13:19
Baxış: 853
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Metronun "28 May" stansiyasında azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxs həbs olunub.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl saat 18:48-də baş verib.

Belə ki, qatardan düşən azyaşlı metropoliten əməkdaşına yaxınlaşaraq tanımadığı şəxsin vaqonda ona qarşı əxlaqsız hərəkətlər etdiyini deyərək kömək istəyib. Azyaşlı həmin şəxsin qatardan düşərək gəldiyini və əməllərinə davam etdiyini deyib.

Dərhal metro əməkdaşı yaxınlıqdakı polisi çağırıb və həmin şəxs saxlanılıb. Bu zaman 30-35 yaşlı şəxs müqavimət göstərərək səs-küy salıb. Sərxoş halda olan həmin adam polis şöbəsinə aparılıb və onun Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Ş.İsmayılov (şərti) olduğu müəyyənləşib. Sərxoş halda olan vətəndaş barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib və Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Saxlanılan şəxs ifadəsində sərxoş olduğu üçün heç bir şey xatırlamadığını deyib və "bir səhvdir olub", - deyərək üzr istəyib.

Məhkəmənin qərarı ilə 34 yaşlı kişi 30 sutkalıq həbs edilib və Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanma məntəqəsinə göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.