Ölkə

Əhaliyə XƏBƏRDARLIQ - Saat 10:00-da bu ərazilərdə...

11 İyun 2025 09:54
Baxış: 1 324
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Qubada təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Quba Elektrik Şəbəkəsində yerləşən 35/6 kV-luq "Quba" yarımstansiyasında iyunun 11-də əsaslı təmir işləri həyata keçiriləcək.

Bununla əlaqədar rayonun bir sıra kəndlərində və şəhər ərazisində elektrik xətləri sifarişə əsasən açılacaq. Saat 10:00-dan saat 16:00-dək Nəriman Nərimanov, Qasım İsmayılov, Səməd Vurğun, Yusif Qasımov, Memar Əcəmi, Məhəmməd Əmin Rəsulzadə, Əliqulu Nərimanov, Əliheydər Orucov, Arif Hüseyzadə, 223 Atıcı diviziya, Molla Pənah Vaqif, Gənclər, Hacıbaba Əliyev küçələri, Heydər Əliyev prospekti, həmçinin rayonunun Ağbil, Aşağı Atuc, Dağlı, Əlibəyqışlaq, Mirzəməmmədkənd, Vladimirovka kəndləri, Qırmızı Qəsəbə yaşayış məntəqəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.