Ölkə

“I və IV qrupların imtahanı da eyni səviyyədə olacaq” - Məleykə Abbaszadə etirazlara cavab verdi

30 May 2025 17:05
Baxış: 1 269
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bakalavr səviyyəsi üzrə II -III qrup imtahanlarının suallarının çətin olduğunu deyənlər məsələyə düzgün yanaşmır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə deyib.

"İmtahanın modeli dekabr ayında elan olunub. Model testlər ictimaiyyətə açıqlanıb. Fevralın sonunda həmin model əsasında sınaq imtahanı da keçirdik. Heç bir problem yaranmadı.

İndi çətinlik haqda danışanlar məsələyə düzgün yanaşmır. Hələ nəticələr açıqlanmayıb. I-IV ixtisas qrupları üzrə imtahan II-III qrup imtahanları ilə eyni səviyyədə olacaq", - o bildirib.

Qeyd edək ki, mayın 25-də II və III ixtisas qruplarına qəbulun I cəhdi üzrə imtahanlar keçirilib. Müəllimlər, abituriyentlər, eləcə də ictimaiyyət nümayəndələri sualların çətin olduğunu, hətta tarix fənnindən MİQ səviyyəsində suallar salındığını vurğulayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.