Ölkə

Bakıda məktəbli qətl törətdi: "Qolum qıza dəydi, mübahisə etdik"

19 May 2025 15:48
Baxış: 702
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Sabunçu rayonunda Xəyal Nağıyevi qətlə yetirməkdə ittiham olunan Elcan Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

Təqsirləndirilən Elcan Süleymanov əməlindən peşman olduğunu deyib:

"Fəhlə işləyirdim. İşdən evə gələndə kafedə pivə içdim. Sonra evə gəlib qardaşımla araq içdik. Xəyalla əvvəllər dalaşmışdıq. Onun işlədiyi mağazaya siqaret almağa getdik. Marketdə qolum qıza dəydi, Xəyalla mübahisə etdik. Marketin bir küncünə keçib söhbət eləməyə başladıq. Elə bildim, məni vuracaq. Dedim ki, söyüşlə danışma, mən içkiliyəm. Ona bir bıçaq zərbəsi vurdum. Sonra evə gedib adam bıçaqladığımı dedim.

Xəyalı söyüşə görə vurdum. Özümə haqq qazandırmıram. Mən onun ayağından vurmaq istəyirdim, əyildi, bıçaq qarnından dəydi. Xəyal məndən yaşca böyükdür. Etdiyim hərəkətə görə çox peşmanam".

Zərərçəkmiş şəxsin hüquqi varisi Nahid Nağıyev deyib ki, bütün videogörüntülərdə də görünür, Elcan Xəyalı vurmaq üçün münasib vəziyyət axtarır. Onun mağazaya girib Xəyala əl-qol atmağı videolarda aydın nəzərə çarpır. Əgər Elcan peşman olsa idi, hadisə zamanı təcili yardıma zəng vura və yaxud kənardan kömək istəyərdi. Mən məhkəmədən Elcanın cəzalandırılmasını xahiş edirəm".

Növbəti məhkəmə prosesi iyunun 20-nə təyin edilib.

İttihama görə, ötən il oktyabrın 2-də səhər saatlarında Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində 2004-cü il təvəllüdlü Xəyal Əbülfət oğlu Nağıyevin kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Elçin Süleymanov müəyyən olunaraq saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Elcan Süleymanov qətli törədən zaman məktəbli olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.