TÜRKSOY Baş Katibi Sultan Raev, Azərbaycanının tarixi və mədəniyyəti baxımından mühüm bölgələrindən olan Şamaxıda yerləşən Türk Şəhidliyini ziyarət edib.
Milli.Az xəbər verir ki,1918-ci ildə, Qafqaz İslam Ordusunun Azərbaycanın müstəqilliyi və torpaq bütövlüyü uğrunda apardığı mübarizədə şəhid olan Osmanlı əsgərlərinin xatirəsinə inşa edilən bu şəhidlik, Türk dünyasının ortaq yaddaşında xüsusi yer tutur.
Ziyarət zamanı şəhidlərin ruhuna dualar oxunub və qırmızı qərənfillər qoyulub. Sultan Raev ziyarətinin ardından verdiyi açıqlamada belə deyib:
"Şamaxı Türk Şəhidliyi, xalqlarımızın ortaq tarixinin və qardaşlığının simvoludur. Burada uyuyan qəhrəmanlarımız, azadlıq uğrunda canlarını fəda ediblər. Onların əziz xatirələrini yaşatmaq bizim ən böyük vəzifəmizdir."
Milli.Az