Ölkə

DSX-dan ƏMƏLİYYAT - Azərbaycana keçmək istəyənlər saxlanıldı - FOTO

14 May 2025 18:19
Baxış: 498
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qeyri-qanuni miqrasiyaya qarşı həyata keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 nəfər sərhəd pozucusu saxlanılıb.

Bu barədə Milli.Az-a Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, may ayının 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində Yəmən Respublikası vətəndaşı - 1986-cı il təvəllüdlü Baidaha Moqbel Abdulrazzaq, mayın 9-da isə "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində Mərakeş Krallığı vətəndaşı - 1990-cı il təvəllüdlü Touijar Mohamed dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.

Araşdırma nəticəsində saxlanılan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə qanunsuz yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.