Ölkə

“20 Yanvar” dairəsində özünü maşınların qarşısına atan şəxs saxlanıldı - FOTO

1 May 2025 17:05
Baxış: 679
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın Yasamal rayonu ərazisində - "20 Yanvar" dairəsində nəqliyyat vasitələrinin hərəkət yoluna çıxaraq təhlükə yaradan şəxs müəyyən olunub.

Milli.Az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1988-ci il təvəllüdlü Quliyev Ruslan Eldar oğlu saxlanılıb. Əvvəllər oğurluq, soyğunçuluq və dələduzluq maddələri ilə məhkum olunan şəxsin narkoloji vəziyyəti nəzərə alınaraq barəsində məsuliyyət tədbiri görülür.

"Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, hüquqazidd əməllərə məruz qaldıqda və ya rastlaşdıqda dərhal polisə məlumat verilməlidir", DİN-dən bildirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.