Ölkə

Ağacları kəsən şirkət cəzalandırılıb

28 Aprel 2025 14:02
Baxış: 354
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 26 aprel 2025-ci il tarixində keçirilən nəzarət tədbirləri zamanı Nərimanov rayonu, İzəddin Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində "Ailə park" MTK tərəfindən aparılan söküntü işləri zamanı 15 ağac və kol bitkisinin kəsildiyi və təbiətə 13380 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Bu barədə Milli.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

İdarənin rəisi Qafar Ağayev bildirib ki, faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır:

"Kəsilmiş ağacların əvəzinə ərazidə yeni yaşıllıqların salınması üçün "Ailə park" MTK-ya tapşırıq verilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.