Ölkə

Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər

23 Aprel 2025 06:35
Baxış: 868
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstanlı alimlərin araşdırmalarına görə, Xəzər dənizinin səviyyəsi sabit enmə meylinə malikdir və 2050-ci ilə qədər mənfi 33 metrə yaxınlaşa bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev bildirib.

"Xəzərin tarixinə nəzər salsaq, dəniz səviyyəsinin mənfi 28,5 metrə enməsi artıq həm onun ekosistemi, həm də dəniz təsərrüfatı üçün kritikdir", - deyə o qeyd edib.

Bununla əlaqədar olaraq, su anbarının dayazlaşmasının səbəb və nəticələrini öyrənmək üçün ötən il Qazaxıstanda Xəzər dənizi Elmi Tədqiqat İnstitutu yaradılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.