Yardımlıda 3,3 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Milli.Az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Qeyd edilir ki, yerli vaxtla saat 16:00-da qeydə alınan yeraltı təkanların maqnitudası 3,3-ə bərabər olub.
Ocağı 11 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
Milli.Az