Azərbaycanda zəlzələ oldu

19 Aprel 2025 16:35

Yardımlıda 3,3 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Milli.Az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Qeyd edilir ki, yerli vaxtla saat 16:00-da qeydə alınan yeraltı təkanların maqnitudası 3,3-ə bərabər olub.

Ocağı 11 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Milli.Az