2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda gələn il səhiyyə sahəsinə 2 milyard 69 milyon 680 min manat ayrılacağı məlum olub. Bildirilir ki, bu, 2025-ci illə müqayisədə 3,8 faiz çoxdur. Digər tərəfdən, səhiyyəmizin problemli və tənqidlərə ən çox məruz qalan sahə olduğu vurğulanır.
Səhiyyə sisteminə ayrılan dövlət vəsaitləri bu sahədə niyə ciddi dönüş yaratmır?
Milli.Az xəbər verir ki, globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, səhiyyə xərclərinin artması müsbət tendensiyadır.
"Bu gün Azərbaycanda yeni kadrlar, Avropa və Türkiyədə təhsil alan həkimlər var. Lakin vəziyyət kəskin dəyişmir. Əvvəla, adambaşına ayrılan vəsait digər ölkələrlə müqayisədə elə də yüksək deyil. Əksər dövlətlərdə səhiyyə xərcləri az qala dövlət büdcəsinin üçdə iki hissəsini təşkil edir. Məsələn, ABŞ-da bu, federal büdcədən çoxdur. Bizdə səhiyyə xərclərini optimal etmək üçün bütün xəstəxanaları bu sistemə cəlb etmək lazımdır. Daha keyfiyyətli və effektiv müayinə metodlarından istifadə edilməli, əhalinin bu metodlara əlçatanlığı təmin olunmalıdır. Eyni zamanda görüş və növbəli sistem düzgün qurulmalıdır".
Professor bildirib ki, icbari tibbi sığortanın fəaliyyəti hələ ki həkimlərin fədakarlığı hesabına olur:
"Hazırda maaş qeyri-mütənasibdir. Bəzi həkimlərin qazancı müxtəlif reklamlar, müəyyən yollar sayəsində yüksəkdir. Amma icbari tibbi sığorta ilə çalışan həkimlərin əməkhaqqısı qənaətbəxş deyil. Mütəxəssisləri bu işə cəlb etdikdən sonra maaş sisteminin optimal bölüşdürülməsi çox vacibdir. Bunlar edilsə, əlbəttə, yavaş-yavaş Qərb təbabətinə yaxınlaşacağıq. Başqa alternativ yoxdur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Arka sokaklar"la bağlı gözlənilməz qərar
-
Moskvada anomal istilər - 129 illik rekord yeniləndi
-
Bəzi ərazilərində qaz kəsiləcək
-
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir?
-
Villanın zirzəmisindən 350 kiloqram qızıl tapıldı
-
“Qarabağ” növbəti transferə hazırlaşır
-
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
-
Müəllim vəfat etdi - FOTO
-
Mourinyodan sonra bunu bacaran ən gənc baş məşqçidir
-
Bakı-Tiflis qatarında "plaskart" dövrü bitdi
-
Gürcüstan səfəri üçün 12 manatlıq sığorta - nələr daxildir?
-
Sabiq deputatın oğluna yüksək vəzifə verildi - FOTO
-
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
-
WUF13-ün dördüncü günü yekunlaşdı - FOTO
-
Sosial mənzil kimlərə şamil olunur?
-
Məşhur müğənninin ailəsində ŞAD GÜN
-
ADY Gürcüstana gedəcək qatarları təqdim etdi - VİDEO
-
Psixoloqun kitabları Uşaq Kitab Festivalında təqdim olundu - FOTO
-
26 mindən çox maşın utilizasiya edildi
-
Vətən müharibəsi iştirakçısı icra başçısı müavini təyin olundu
-
Masazırda qaz verilişi DAYANDIRILDI: SƏBƏB
-
Aşıq Əlinin acı "SONU" - VİDEO
-
Ermənistan pasportlarında Ağrı dağı simvolu LƏĞV EDİLDİ
-
Görünüş məsafəsi MƏHDUDLAŞACAQ





