Ölkə

Masazırda yolları su basdı, tıxac yarandı - VİDEO - FOTOlar

10 Aprel 2025 20:37
Baxış: 740
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Abşeron rayonu, Masazır qəsəbəsində yolları su basıb. Güclü yağışdan sonra avtomobillərin hərəkətində çətinlik yaranıb. Hazırda bu istiqamətdə uzun tıxac yaranıb.

Milli.Az-ın məlumatına görə, yağışdan sonra qəsəbənin yollarında hərəkət iflic olub.

Görüntülərdən də məlum olur ki, avtomobillərin hərəkətində çətinlik yaranıb.

Qeyd edək ki, hazırda ölkə ərazisində yağıntılı hava müşahidə edilir. Bəzi yerlərdə leysan xarakterli yağış yağır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.