Abşeron rayonu, Masazır qəsəbəsində yolları su basıb. Güclü yağışdan sonra avtomobillərin hərəkətində çətinlik yaranıb. Hazırda bu istiqamətdə uzun tıxac yaranıb.
Milli.Az-ın məlumatına görə, yağışdan sonra qəsəbənin yollarında hərəkət iflic olub.
Görüntülərdən də məlum olur ki, avtomobillərin hərəkətində çətinlik yaranıb.
Qeyd edək ki, hazırda ölkə ərazisində yağıntılı hava müşahidə edilir. Bəzi yerlərdə leysan xarakterli yağış yağır.
Milli.Az