Ölkə

Azərbaycanda ağır qəza - qadın müəllimlər xəsarət aldı - FOTOlar

10 Aprel 2025 15:56
Baxış: 987
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oğuzda yol qəzası zamanı xəsarət alanların hamısı Qarabulaq kənd məktəbinin dörd qadın müəllimidir. 

Milli.Az xəbər verir ki, hadisə nəticəsində sürücü xəsarət almayıb, digər xəsarət alanlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəza müəllimlərin məktəbdən çıxıb evə qayıtdıqları zaman qeydə alınıb.

xxx

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi olub. 

Milli.Az xəbər verir ki, hadisə Oğuz-Padar-Böyük Söyüdlü yolunun Böyük Söyüdlü kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə avtomobildə olan sərnişinlər xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır./report.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.