Ölkə

İctimai fəal cinayət işi üzrə araşdırmaya cəlb olundu

8 Aprel 2025 21:43
Baxış: 449
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İctimai fəal Anar Abdulla araşdırmaya cəlb olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, hüquq müdafiəçisi Anar Məmmədlinin cinayət işi üzrə aparılan istintaq araşdırmalarına cəlb olunub. 

A.Abdullaya qarşı Cinayət Məcəlləsinin yeddi maddəsi (qaçaqmalçılıq, qanunsuz sahibkarlıq vergidən yayınma və.s) ilə ittiham irəli sürülüb. O, həbs olunmayıb. Bakı Şəhər Baş Polis İdarəsinin qərarı ilə fəal barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.

Qeyd edək ki, Anar Məmmədli  bir müddət əvvəl qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory