Ölkə

Salyanda xəsarət alan fəhlənin vəziyyəti ilə bağlı YENİ XƏBƏR

6 Aprel 2025 18:03
Baxış: 582
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən Salyanda fəhlənin iş zamanı xəsarət alması barədə məlumat vermişdik.

Milli.Az lent.az-a istinadən bu hadisə ilə bağlı təfərrüatı təqdim edir.

Salyan Oil Əməliyyat Şirkətinin Mətbuat Xidmətindən sayta verilən məlumata görə, fəhlənin barmaqları amputasiya olunmayıb.

Salyan Oil-un mətbuat xidməti bildirir ki, xəsarət alan Kolanı kənd sakini Babacan Babayev Salyan Oil LTD-nin deyil, podratçı təşkilatın işçisidir və onun sağ əlinin barmaqları istehsalat zədəsi alsa da, amputasiya edilməyib:

"Aprelin 3-də Babacan Babayev Salyan rayonunun Kürsəngi yatağında işləyərkən hidravlik boru açarının sıxma paftasına düzəliş etdiyi zaman sağ əlinin ikinci və üçüncü barmaqları işlək çarxın arasında qalıb. Zərərçəkənə dərhal ilkin tibbi yardım göstərilib, Şirvan şəhər Mərkəzi Xəstəxanasında barmaqlarına möhkəmləndirici tikiş və sarğı qoyulub. Aprelin 4-də B.Babayev Bakıda Modern Hospitalında əməliyyat olunaraq barmaqlarına mil qoyulub. Elə həmin gün o, evə buraxılıb. Hazırda B.Babayevin müalicəsi evdə davam etdirilir, vəziyyəti qənaətbəxşdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory