Ölkə

Ordumuzda bayram tədbirləri keçirildi - FOTOlar

30 Mart 2025 18:26
Baxış: 369
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Ramazan bayramı münasibəti ilə silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a bildirilib ki, bayram tədbirlərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrlərin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Tədbirlərdə çıxış edənlər Azərbaycan Respublikasının müdafiə nazirinin Ramazan bayramı münasibətilə təbrikini şəxsi heyətə çatdırıb. Xalqımızın taleyinin ən çətin dönəmlərində belə öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlamasından, dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik, bərabərlik rəmzi olan Ramazan bayramının ölkəmizin bütün suveren ərazisində təntənə ilə qeyd olunmasından danışıblar.

Bayram tədbirlərində təqdim olunan konsert proqramları şəxsi heyət tərəfindən böyük maraqla qarşılanıb. Hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu təltif edilib.

Silsilə tədbirlər çərçivəsində şəxsi heyət tərəfindən şəhidlərimizin məzarları ziyarət olunub, hərbi qulluqçular şəhid və yaralıların ailələrinə baş çəkərək onların qayğıları ilə maraqlanıb, bayram sovqatları təqdim ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.