Ölkə

Mağazadan aldığı geyimin ödənişini etməyib satıcını hədələyən gənc saxlanılıb

29 Mart 2025 16:24
Baxış: 574
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mağazadan aldığı geyimin ödənişini etməyib satıcını hədələyən gənc saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonu ərazisində yerləşən mağazaların birində naməlum şəxsin oradan götürdüyü geyimlərə görə ödəniş etməməsi və satıcını kəsici-deşici alətlə hədələməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları quldurluq əməlini törətməkdə şübhəli bilinən 18 yaşlı S.Həmidovu saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory