Ölkə

Bakıda avtomobil qaçıran şəxs saxlanıldı

29 Mart 2025 15:59
Baxış: 465
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nəsimi rayonunda nəqliyyat vasitəsi qaçıran şəxs saxlanılıb.

Bu barədə Milli.Az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi rayonu ərazisində bir nəfərə məxsus "Nissan" markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 20 yaşlı X.Kərimov avtomobillə birgə saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin qaçırdığı avtomobillə qəza törətməsi də müəyyən olunub.

Bundan başqa, Nizami rayonu ərazisində bir nəfərə məxsus 2000 manat dəyərində avtomobil disklərini oğurlamaqda şübhəli bilinən 32 yaşlı V.Əliyev, 31 yaşlı E.Tağıyev və 31 yaşlı S.Ələkbərovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.

Araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.