Ölkə

Cəlilabadda 10 gün əvvəl kanala düşən maşının sərnişini öldü

28 Mart 2025 12:46
Baxış: 577
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəlilabadda yol qəzasında yaralanan qadın ölüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə martın 17-də Uzuntəpə kəndi ərazisində baş verib.

Əliyev Qafil Fikrəddin oğlunun avtomobili idarəetmədən çıxaraq, yol kənarından keçən su kanalına düşüb. Nəticədə onun sərnişini Mirzəyeva Kitabə Naib qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı martın 27-də müalicə aldığı Cəlilabad rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.