Sosial media sahəsində fəaliyyət göstərən və sürətli inkişaf tempi ilə seçilən Azad Agentlik, TikTok platforması ilə rəsmi tərəfdaşlıq əldə edərək ölkədə bu statusa sahib olan azsaylı qurumlardan biri kimi tanınıb. Agentlik Azad Nuriyev tərəfindən təsis olunub və bu əməkdaşlıq onun rəhbərliyi altında aparılan sistemli işlərin nəticəsi hesab edilir.
Agentlik hazırda yalnız Azərbaycanda deyil, ümumilikdə 10 fərqli ölkədə yayımçılarla işləyir. Xidmət sahələri əsasən yayımçılara texniki dəstək, məzmun planlaşdırması, canlı yayım proseslərinin təkmilləşdirilməsi və sosial media strategiyalarının qurulması üzərində qurulub.
Rəsmi tərəfdaş statusu çərçivəsində agentlik TikTok yayımçılarına daha geniş imkanlar təqdim edə biləcək. Bundan əlavə, beynəlxalq əməkdaşlıqlar və yeni layihələrin icrası da gündəmdədir.
Bu tərəfdaşlıq, yerli rəqəmsal sahədə fəaliyyət göstərən qurumlar üçün motivasiya xarakteri daşımaqla yanaşı, regional bazarda daha geniş fəaliyyət imkanları yaradır.
Milli.Az