Ölkə

Yenidən köhnə işinin başına keçdi

24 Mart 2025 10:08
Baxış: 6 264
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus "ADY Ekspress" MMC-nin direktoru Əkbər Mədətli vəzifəsindən azad edilib.

Milli.Az xəbər verir ki, şirkətə rəhbərlik Azad Qasımova həvalə olunub.

O, bundan əvvəl də - 2022-ci ilin noyabr ayına qədər "ADY Ekspress"ə rəhbərlik edib.

Xatırladaq ki, "ADY Ekspress" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6 912 464 manatdır. Şirkət dəmir yolu ilə yükdaşımaların artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün ekspeditor və iri həcimli yük sahiblərinə onlayn xidmətlər təklif edir. /"Report"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.