Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu ilə Bərdədə vida mərasimi keçirilib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular iştirak edib.
Rüstəm Ruslan oğlu Həmidovun cənazəsi gecə saatlarında ailəsinə təhvil verilib.
Xatırladaq ki, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Rüstəm Ruslan oğlunun nəşləri aşkar edilib.
--------
08:27
Gədəbəydə qar uçqununda həlak olan əsgərin nəşi ailəsinə təhvil verilib.
Trend-in Qarabağ müxbirinin xəbərinə görə, 19 mart tarixində Azərbaycan Respublikasının Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində qar uçqununa düşən əsgər Həmidov Rüstəm Ruslan oğlunun tapılan nəşi ailəsinə təhvil verilib.
Əsgər R.Həmidovun ailəsi Bərdə şəhərində məskunlaşdığından onun nəşi yaşadığı ünvana gətirilib.
R.Həmidov bu gün Bərdə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşləri dünən aşkar edilib.
Milli.Az