Ölkə

Bakıda 48 km-lik yeni avtobus zolağı çəkiləcək - RƏSMİ

17 Mart 2025 19:35
Baxış: 677
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son zamanlar Bakıda ictimai nəqliyyatın inkişafı üçün müxtəlif addımlar atılsa da, avtobus zolaqlarının çəkilməsi prosesi dayanıb. Halbuki bir neçə ay əvvəl paytaxt yollarında bu zolaqların yaradılması fəal şəkildə aparılırdı. Lakin axır vaxtlar bu işlər tamamilə dayanıb.

Bəs görəsən buna səbəb nədir? Paytaxt yollarında avtobus zolaqlarının əhatəsi genişləndiriləcək?

Məsələ ilə bağlı BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov açıqlama verib.

Onun sözlərinə görə, yeni marşrut şəbəkəsinə uyğun olaraq paytaxtın 37 küçə və prospektini əhatə edən xüsusi zolaqların ümumi uzunluğu 112 kilometrdir. Bu yollar üzərində hərəkət edən avtobuslar hər gün təxminən 900 min sərnişin daşıyır. Planlara əsasən, bu zolaqların uzunluğunun 160 kilometrə çatdırılması nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.