Ölkə

"Səssiz ölüm" can almağa davam edir - Qarşısını necə almaq olar?

11 Mart 2025 13:52
Baxış: 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dəm qazı rəngsiz, qoxusuz olduğuna görə insan instinkti ilə bunu müəyyən etmək mümkün deyil. Buna görə də bəzən dəm qazına "səssiz ölüm" deyirlər".

Milli.Az xəbər verir ki, bunu Baku TV-nin "Salam Baku" verilişində təhlükəsizlik eksperti Orxan Musayev bildirib.

Ekspert deyir ki, öncədən bir sıra təhlükəsizlik qaydaları və tədbirlər görməklə dəm qazı nəticəsində zəhərlənmə hallarının qarşısını almaq mümkündür.

"Tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. Əgər yanma prosesi zamanı tüstü normal dövr edə bilmirsə, burada dəm qazının yaranma riski yüksəkdir. Evlərə qaz detektoru quraşdırmaqla dəm qazı təhlükəsindən vaxtında xəbərdar olmaq mümkündür. Yeni tikilmiş binalarda qaz detektorları mövcud deyilsə, binanın istismarına icazə verilmir. Lakin köhnə tikililərdə qaz detektorlarının quraşdırılması könüllülük prinsipi əsasında həyata keçirilir. Ona görə də bir sıra mənzillərdə qaz detektorları mövcud deyil. Vətəndaşlar müxtəlif satış məntəqələrindən əldə edərək mənzillərinə qaz detektorları quraşdıra bilərlər", - deyə O.Musayev qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.