Ölkə

Bakıda VMF-dən 330 min manatlıq saat oğurlayan çinlilərin məhkəməsi keçirilib

3 Mart 2025 14:00
Baxış: 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda "VMF Continental" mağazasından 330 min manat dəyərində saat oğurlamaqda təqsirləndirilən Çin Xalq Republikasının vətəndaşları Zhang Guomin və Liu Bonun cinayət işləri üzrə məhkəmə prosesi başlayıb.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinə uyğun olaraq təqsirləndirilən şəxslər tərcüməçi ilə təmin olunub.

Cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar verilib.

Məhkəmənin baxış iclası 12 marta təyin olunub.

Qeyd edək ki, hadisə ötən il oktyabr ayında paytaxtın Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasında qeydə alınıb.

Oraya gələn naməlum şəxs 330 min manat dəyərində olan " Breguet" markalı qol saatını gizli yolla talayıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.