Qurban bayramında qurban kəsməyə qadağa - İlahiyyatçıdan etiraz
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mərakeş Kralı VI Məhəmməd bu il qurban kəsilməməsi barədə xalqa çağırış edib. Kralın ölkə əhalisinə müraciətində ölkədəki iqlim və iqtisadi çətinliklər səbəbindən heyvan sayının azalması və bu ibadətin aztəminatlı ailələr üçün böyük yük yarada biləcəyi vurğulanıb. O, Qurban bayramının mənəvi mənalarının qorunacağını da bildirilib. Kral bu qərarı Mərakeş xalqı adına verdiyini qeyd edib. Mərakeşdə 1963, 1981 və 1996-cı illərdə də qurban kəsməkdən imtina edilmişdi.
Belə bir çağırış dinimizin qurbanla bağlı tövsiyələrinə nə dərəcədə uyğundur? Məlumdur ki, qurban Həcc ziyarətində olanlara vacib, olmayan imkanlı şəxslərə isə müstəhəb (yaxşı əməl) kimi buyurulub.
Bəzi müsəlman icmaları, xüsusilə sosial mediada kralın çağırışını müzakirə ediblər. Bəziləri bu qərarı dəstəkləyərək, dini ibadətlərin icrasında yumşalmanın vacibliyini vurğulayıblar, digərləri isə qurban kəsmənin əhəmiyyətini xatırladaraq, fərdi imkanlara görə bu ibadətin yerinə yetirilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Məlumat üçün bildirək ki, 2025-ci il iyunun 6,7 - si Qurban bayramı günləri olaraq müəyyən edilib...
İlahiyyatçı Elvüsal Məmmədov mövzu ilə bağlı "Yeni Müsavat"a fikirlərini bölüşüb: "İslam ilahiyyatına görə, qurban kəsmək həcdə olanlar üçün vacibdirsə, həccə getməyən və öz ölkəsində qalan müsəlmanlar üçün vacib deyildir. Əgər bu belədirsə və hər hansı ölkədə yaşayan müsəlmanlar imkanları çatmadıqda qurban kəsmirlər. Ümumiyyətlə, şəriətə görə belə bir qayda mövcuddur ki, öz ölkəsində qalan, imkanı çatan və kifayət qədər maddi vəsait toplayan şəxs qurban kəsə bilər. Yəni yerinə yetirilməsi tövsiyə olunan bir əməldir.
O ki qaldı Mərakeş kralının bu il qurban kəsməmək barədə xalqa etdiyi müraciətə, bu, sözün həqiqi mənasında bir çox suallar doğuran qərardır. Əvvəla, kral müraciət edərək bildirir ki, iqlim və iqtisadi çətinliklər səbəbindən heyvanların sayı azalıb. Yəni qurban kəsilməsə də, bu göstərilən səbəblərə görə ölkədə iri və ya xırdabuynuzlu mal-qaranın sayı azalacaq. Deməli, heyvanların sayının azalmasının qurban kəsilib-kəsilməməsi ilə qətiyyən əlaqəsi yoxdur. Üstəlik, onsuz da İslam ilahiyyatına və İslam hüququna görə, aztəminatlı ailələr qurban kəsmirlər. Belə olan halda, aztəminatlı ailələrin qurban kəsməsi vacib olmadığından və onlar bu öhdəlikdən azad edildiklərindən, belə bir müraciətin xalqa edilməsi anlaşılan deyil".
İlahiyyatçı əlavə edib ki, Mərakeşdə kənd təsərrüfatı və maldarlıq əsasən fərdi təsərrüfatlar çərçivəsində inkişaf edən sahədir: "Buna görə də dövlətin bu məsələyə müdaxiləsi doğru deyil. Şəxslər istəsələr, qurban kəsərlər, istəməsələr, kəsməzlər. Qurban kəsmə nəticəsində və ya digər ailələrdə meydana çıxan iqtisadi çətinliklər isə heç bir halda dövlət tərəfindən aradan qaldırılmır. Məncə, dövlətin bu müraciəti doğru deyil. Əlbəttə ki, biz qəbul etməliyik ki, dövlət müraciət etdi-etmədi İslam dini imkanı yetməyən şəxslərə maddi-mənəvi baxımdan hər hansı öhdəlik yükləmir. Məhz bu prinsipin ölkədə təbliğ edilməsi, qurban kəsilməməyə dair çağırış etməkdən daha düzgün addım olardı".
Qeyd edək ki, qurban kəsmək bəzi ölkələrdə qadağan edilib. Məsələn, Çinin bəzi bölgələrində, xüsusilə uyğurların yaşadığı Sincan bölgəsində, qurban kəsmək müəyyən məhdudiyyətlərə məruz qalır. Sincan bölgəsindəki mühafizəkar müsəlmanlar üçün Qurban bayramı ilə əlaqəli mərasimlərə qarşı ciddi tədbirlər görülür. Hindistanda bəzi yerlərdə, xüsusilə heyvanların kəsilməsi ilə bağlı qanunlar mövcuddur və qurban kəsmək müəyyən ştatlarda qadağan olunub və ya sıx şəkildə tənzimlənir. Məsələn, qurbanlıq heyvanların kəsilməsi bəzi bölgələrdə dini səbəblərlə və ya heyvan hüquqları ilə bağlı məhdudlaşdırılıb. Norveçdə isə heyvanların kəsilməsi ilə bağlı sərt qaydalar var və qurban kəsmə ənənəsi bəzi bölgələrdə məhdudlaşdırılıb. Burada dini qurban kəsmək üçün xüsusi icazələr tələb olunur. Bu məhdudiyyətlərin əsasən, heyvanların qeyri-humanist şəkildə kəsilməsinin qarşısını almağa yönəldiyi qeyd edilir. Müsəlmanlar isə haqlı olaraq hesab edirlər ki, heyvansevərlərin qurban kəsilməsinə qarşı çağırışlarının əsas məqsədi heyvanları qorumaq deyil, İslama qarşı çıxmaqdır...
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əməkdar artistin bacısının evi qarət olundu
-
Məktəb direktoru cəzalandırıldı - FOTO
-
Nurlan Fətəliyevə yeni vəzifə verildi
-
Vəkilliyə qəbulla bağlı test imtahanında 315 nəfər uğur qazanıb - FOTO
-
Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib - FOTO
-
“Trendyol Plus” Azərbaycanda: 10 ödənişsiz çatdırılma və xüsusi endirimlər
XƏBƏR LENTİ
-
Əməkdar artistin bacısının evi qarət olundu
-
Məktəb direktoru cəzalandırıldı - FOTO
-
Rusiya atəşkəs elan edib
-
"Real"ın ulduzu zədə səbəbilə 1 il oynaya bilməyəcək - FOTO
-
Nurlan Fətəliyevə yeni vəzifə verildi
-
ÇL-in finalında kimin şansı daha çoxdur?
-
Vəkilliyə qəbulla bağlı test imtahanında 315 nəfər uğur qazanıb - FOTO
-
Evlilikdə ən sadiq qalan 3 bürc
-
Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib - FOTO
-
“Trendyol Plus” Azərbaycanda: 10 ödənişsiz çatdırılma və xüsusi endirimlər
-
Sumqayıtda binada yanğın - Sakinlər təxliyə olundu - VİDEO
-
Meteor yağışı olacaq
-
"Komedixana" bu obrazla rekord qırdı - "Bığlı gözəl" KİMDİR? - FOTO
-
Qurban Qurbanovun yeni biznesi: Açılışa onlar gəldi
-
Bakıda hansı ərazilərdə evlərin qiyməti daha çox artdı?
-
Tanınmış idmançı güllələndi
-
“Hayal Kahvesi”ndə vaxtı keçmiş məhsullar aşkarlandı - FOTO
-
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili barədə rəsmi açıqlama
-
KOBİA-da Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
-
Qızıl almaq istəyənlər üçün VACİB XƏBƏR
-
Yayılan virusla bağlı ÜST-dən açıqlama
-
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib - FOTO
-
“Türk xalqlarının təsviri sənətində qlobal və lokal diskurslar” adlı beynəlxalq elmi dəyirmi masa - FOTO
-
Əməkdar artistin göz yaşları "SEL OLDU" - VİDEO





