Ölkə

Daşkənd Beynəlxalq Hava Limanında “VİP Services Group”a aid yeni “Anjir Business Lounge” açılıb - VİDEO - FOTO

27 Fevral 2025 19:16
Baxış: 488
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daşkənd Beynəlxalq Hava Limanının gediş zalında "VİP Services Group"a aid "Anjir Business Lounge"ın açılışı olub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, açılış mərasimində Özbəkistanın Nəqliyyat Nazirliyinin, Özbəkistanın hava limanlarının və operator şirkətinin nümayəndələri, jurnalistlər və blogerlər iştirak ediblər.

Açılış mərasimində çıxış edənlər, Daşkənd Beynəlxalq Hava Limanının direktoru Cəsur Poladov, "VIP Services Group" Şirkətinin baş direktoru Sabir Şükürov və digər qonaqlar yeni istifadəyə verilən, "Anjir Biznes Zalı" nın hazırda prioritet istiqamətlərdən biri olan turizm sektorundakı rolundan və ümumilikdə yenidənqurma çərçivəsində Daşkənd Beynəlxalq Hava Limanın ərazisində açılan yeni kommersiya sahələrindən, abadlaşdırlmalardan bəhs ediblər. Qeyd edək ki, "Anjir Biznes Zalı" "Türk Hava Yolları, "Air Astana" kimi beynəlxalq aviaşirkətlərlə partnyorluq çərçivəsində fəaliyyət göstərəcək. Məlumat üçün həmçinin bildirilib ki, Daşkənd Beynəlxalq Hava Limanında 2024-cü ildə 9 milyon sərnişinə xidmət göstərilib.

"VİP Xidmətlər Qrupu" şirkətinin baş direktoru Sabir Şükürov öz çıxışında iki dövlət arasında strateji əməkdaşlıq çərçivəsində görülən işlərdən, iqtisadi maraqları və regional integrasiyanı dəstəkələyən addımlardan və ümumilikdə iqtisadiyyatın bütün sahələrində yaranmış müasir biznes mühitinin formalaşmasından danışıb.

2011-ci ildən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportunda və Gəncə Beynəlxalq Hava Limanında fəaliyyət göstərən "VIP Services Group" şirkətinin Azərbaycandan kənarda ilk biznes zalı qardaş Özbəkistanda açılıb. "VIP Services Group" həyata keçirdiyi bu layihə iki ölkənin rəsmi qurumları ilə yanaşı beynəlxalq maliyyə təşkilatlarınında iştirakına şərait yaradır.

Qeyd edək ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər tarixi, mədəni və iqtisadi əlaqələrdən qaynaqlanır. İki ölkə arasında uzun müddətdir davam edən bu əlaqələr tarixən mövcud olub. Prezident İlham Əliyevin Özbəkistana rəsmi və işgüzar səfərləri etibarlı münasibətlərin göstəricisidir. Azərbaycan şirkətləri Özbəkistan iqtisadiyyatına müxtəlif sahələrdə investisiya yatırır. Özbəkistan şirkətləri də Azərbaycan bazarına xüsusən də tikinti, enerji və kənd təsərrüfatı sahələrinə investisiya yatırır. Son illərdə Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığı daha da gücləndirmək məqsədilə bir çox layihə və proqram həyata keçirilir. Bu layihələr arasında enerji sahəsində əməkdaşlıq, kənd təsərrüfatı layihələri və sənaye sahələrində müştərək layihələr yer alır.

Son illər Özbəkistanda nəqliyyat və infrastruktura böyük sərmayələr qoyulur, regional ticarət və nəqliyyat əlaqələrini gücləndirmək məqsədilə müxtəlif infrastruktur layihələri həyata keçirilir. Turizm sektorunun inkişaf etdirilməsi hazırda prioritet istiqamətlərdən birini təşkil edir. 2024-cü ildə Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 252 milyon 57,46 min dolları təşkil edib ki, bu da 2023-cü ilin göstəricisindən 41 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə Özbəkistandan Azərbaycana ixracın dəyəri 211,716 milyon dollara (+1,6 dəfə), Azərbaycandan Özbəkistana idxalın dəyəri isə 40,34 milyon dollara (-14,4 faiz) bərabər olub.

Əsas nəqliyyat marşrutları üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə fəal əməkdaşlıq edir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan mühüm nəqliyyat və logistika infrastrukturunu inkişaf etdirib və hazırda beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub.

"VIP Services Group" şirkəti də ölkələrarası münasibətlər çərçivəsində ölkə hüdudlarından kənarda ilk investisiya layihəsini reallaşdırıb. "VIP Services Group"un bu cür fəaliyyəti Azərbaycan sərmayəsinin Özbəkistan turizm sektorunun inkişafına dəstək missiyası daşıyır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.