Ölkə

Somali prezidenti azərbaycanlı cütlüyün nikah şahidi oldu

14 Fevral 2025 14:59
Baxış: 903
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Somali Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.

Milli.Az "Baku TV"yə istinadən xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Eyni zamanda ona "ASAN xidmət" modeli ilə bağlı təqdimat edilib.

Somali prezidenti burada, həmçinin, azərbaycanlı cütlüyün nikahında iştirak edərək şahid olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.