COP29 nüfuzlu “Cisco” şirkətinin mükafatına layiq görüldü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
COP29 Azərbaycan Əməliyyat Şirkəti yüksək texnologiyalar sənayesində dayanıqlı inkişafa dəstək və innovativ həllərin ortaya qoyulmasında töhfələrinə görə "CİSCO" şirkətinin "Dayanıqlı inkişaf lideri" (Sustainability Leader Award) mükafatı ilə təltif olunublar. Qeyd edək ki, bu nüfuzlu mükafata Azərbaycanda ilk dəfə Əməliyyat Şirkəti layiq görülüb.
Milli.Azxəbər verir ki, təltifetmə mərasimi "CISCO" şirkətinin təşkilatçılığı ilə Niderland Krallığının Amsterdam şəhərində "Cisco live" texnoloji tədbiri çərçivəsində baş tutub.
Tədbirdə bildirilib ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası tədbirində İKT infrastrukturunun qurulmasındakı xidmətlərinə görə "CİSCO" şirkəti tərəfindən müvafiq mükafat üzrə qalib seçilib.
Qeyd edilib ki, yüksək texnologiyalar sənayesində dayanıqlı inkişafı dəstəkləyən və innovativ həlləri ortaya qoyan uğurlu layihələr adı çəkilən mükafat ilə təltif edilir.
"Cisco Live" tədbirində dayanıqlı inkişaf lideri mükafatını COP29 Azərbaycan Ə.Ş. adından Şirkətin İKT departamentinin rəhbəri Cavid Hüseynov, Ayhan Satıcı və Vüsal Şahbazovun təmsil olunduğu nümayəndə heyəti qəbul edib.
Tədbir çərçivəsində COP29 İT nümayəndə heyətinin və Cisco şirkətinin Müştəri Təcrübəsi və Dayanıqlılıq məsələləri üzrə Baş Vitse-Prezidentləri olan Adele Trombetta və Meri De Vysoçkinin qatıldığı və İKT infrastrukturunun qurulmasındauğurlu layihə idarəçiliyi və innovativ həllərin tətbiqinə dair atılan addımlara toxunan "Dayanıqlılığın təmin edilməsi üçün şəbəkə infrastrukturunun qurulması: Cisco və BMT COP29-da" başlıqlı panel müzakirələri də baş tutub.
Tədbirdə vurğulanıb ki, COP29, T-Systems, SAP, STC, CORE42, Sykehuspartner və Paris 2024 Cisco tərəfindən mükafat alan şirkətlərdir.
Xatırladaq ki, "Cisco live" texnoloji tədbiri bu il 9-14 fevral tarixlərində "CISCO" şirkətinin təşkilatçılığı ilə Amsterdam şəhərində keçirilir. "Cisco live"da Azərbaycanın dövlət və özəlsektorundan 80-ə qədər nümayəndə heyəti iştirak edir.
Hər il baş tutan və dünyanın ən böyük nüfuza malik texnoloji tədbirlərindən biri olan "Cisco live", texnologiya mütəxəssisləri, İT rəhbərləri, mühəndislər müştərilər üçün təşkil olunmaqla yüksək texnologiyalar sahəsində ən son nailiyyətlərlə tanış olmağa imkan yaradır. Bu baxımdan "Cisco Live" tədbiri həmçinin, Azərbaycan Respublikasının COP29 tədbirinə uğurlu ev sahibliyi etməsi, yerli mütəxəssislərin cəlb edilməsi ilə qısa zamanda tam beynəlxalq standartkara cavab verən İKT infrastrukturunun qurulması kimi bir sıra mövzuları beynəlxalq ictimaiyyətə tanıtmaq baxımından uğurlu platformadır.
COP29 İT komandası "Dayanıqlı inkişaf lideri mükafatı" ilə yanaşı "Dayanıqlılıq üzrə yenilikçi" kateqoriyasında Adidas, Garanti BBVA, Red Sea Global kimi dünyaca tanınan şirkətlər arasında 6 finalçıdan biri olaraq mühüm qiymətləndirilib.
Bu təltiflər Azərbaycanın qlobal miqyasda dayanıqlılıq və innovasiya sahələrində texnologiya yönümlü həll yollarının təminatçısı kimi aparıcı rolunun möhkəmlənməsində mühüm yer tutur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq
-
Xatun Özbəkistanda televiziyasında: Beynəlxalq mükafat aldı - (Video)
-
Söyüdlü qızıl yatağında emal prosesi qurulacaq və sənaye istismarına başlanılacaq
-
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib
-
Azərbaycanda musiqiçi evində ölü tapıldı
-
Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu
XƏBƏR LENTİ
-
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq
-
Xatun Özbəkistanda televiziyasında: Beynəlxalq mükafat aldı - (Video)
-
Söyüdlü qızıl yatağında emal prosesi qurulacaq və sənaye istismarına başlanılacaq
-
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib
-
Azərbaycanda musiqiçi evində ölü tapıldı
-
Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu
-
DYP-dən piyadalara xəbərdarlıq: Bu səhv ağır nəticə yarada bilər
-
"Borussiya"nın yeni baş məşqçisi bəlli oldu
-
“28 May”-“Nizami” arasında nə dəyişəcək? - Detallar açıqlandı
-
Elza fərqli tərzi ilə yenidən gündəmdə - (Video)
-
Ev şəraitində hazırlanan qidalara serfitikat tələb olunur?
-
“Avtovağzal” metrosunda ödənişsiz giriş tətbiq edildi - Son vəziyyət - (Video)
-
Bakıda onuncu yarış: 2026 Azərbaycan Qran-Prisi öncəsi əsas məqamlar - (Fotolar)
-
Dünya bazarında neft ucuzlaşır
-
Aynur Dadaşovanın səhhətində problem yarandı: “Həkim nəzarətindəyəm”
-
Qazın qiyməti bahalaşdı
-
Azərbaycana payız fəsli daxil olub
-
Millimiz bu gün Tacikistan yığması ilə üz-üzə gələcək
-
Bu avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirildi
-
Bakıda cərimələnən klinikanin rəhbəri danışdı - (Video)
-
Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər
-
Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)





