Ölkə

Müəllimlərə mənzil verilə bilərmi? - Rəsmi AÇIQLAMA

6 Fevral 2025 18:43
Baxış: 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Müəllimlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı hansısa bir təşəbbüs üzərində düşünmürük".

Milli.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bugünkü brifinqdə çıxışı zamanı deyib.

"Çünki müəllimlərin sayı çoxdur və bu, icra oluna bilən təşəbbüs olmalıdır. Biz sadəcə olaraq ucqar yerlərdə yaşayan müəllimlərimizə həvəsləndirmə tətbiq edirik. MİDA evlərində müəllimlərə güzəşt var və prioritet qrupdurlar. Biz nə mümkündürsə, edirik. Bizim hazırda belə bir layihəmiz yoxdur. Təhsil işçilərinin sayı 200 mindən çoxdur. İnanmıram ki, belə bir təşəbbüs göstərək və sonra onu doğru-dürüst icra edə bilək", - deyə o əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.