Ölkə

Plastik cərrahlarla bağlı Rəsmi AÇIQLAMA

6 Fevral 2025 12:25
Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər müxtəlif media vasitələrində ölkədə ayrı-ayrı plastik cərrahların praktik tibb fəaliyyəti ilə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnamələrinin ləğv olunması ilə bağlı məlumatlar yayılır.

Milli.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu və Səhiyyə Nazirliyi birgə məlumat yayıb.

Bildirilib ki, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanılıb.

"Bu məqsədlə, Səhiyyə Nazirliyində Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Hazırda Xüsusi Təftiş Komissiyası təqdim olunan sənədlərin fərdi qaydada yoxlanılmasını aparır.

Komissiya işini yekunlaşdırdıqdan sonra qəbul edilən qərar barədə ətraflı məlumat veriləcək. İctimaiyyət üçün həssas olan məsələyə məsuliyyətli yanaşmağı, Komissiyanın işinin nəticələrini gözləməyi tövsiyə edir və bu mövzuya diqqətli yanaşmağa çağırırıq", - məlumatda deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.