FHN əhaliyə xəbərdarlıq etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Nazirlikdən Milli.Az-a bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində temperaturun bir neçə dərəcə enərək soyuq, qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə ediləcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, yağıntıların bir sıra ərazilərdə intensiv olacağı, bəzi yolların buz bağlayacağı və ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.
Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
"Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğın və ya partlayışla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir.
Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik.
Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir", - məlumatda deyilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Çirkin"in yayım tarixi bəlli oldu
-
Su quyusuna yıxılan qadın öldü
-
Tarixi-dini abidələrin vahid məlumat bazası yaradıla bilər - Ramin Məmmədov
-
Azərbaycanda doğulanların sayı azalıb
-
Arda Gülerə Bellinqemdən böyük hörmətsizlik - (Video)
-
Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır - Rəsmi
-
Azərbaycan toylarında bu məşhur ənənə qadağan edilir?
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
-
Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilir
-
Zaqatalada güllələnmiş kişi meyiti tapıldı
-
Yuxu hormonu çatışmazlığı xərçəng riskini artıra bilər
-
Hava ilə bağlı son məlumat
-
Vəfat edən Jotanın adını deyənlərə görə ərəb klubuna ağır cəza
-
Azərbaycan əhalisinin sayı açıqlandı
-
İşğaldan azad edilmiş ərazilərdə ilk bərpa olunan tarixi-dini abidələr məscidlərdir - Gündüz İsmayılov
-
Universitetdən qovulan tələbə - “Məni belə yadda saxlayın” - (Video)
-
Bu ay 4 bürc pul içində üzəcək
-
Hande Erçel dəyişib belə oldu - (Foto)
-
Türkiyəli tanınmış aktyor vəfat etdi - (Foto)
-
"Beşiktaş"a Orkun Kökçü ilə bağlı pis xəbər
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Oğlunu öldürmək istəyini “ChatGPT”yə danışdı - Həbs olundu
-
Əməkdar artistin ailəsində xoş gün
-
Ağdamda minalanmış ərazidə yanğın başladı





