Ölkə

Bu yolda hərəkət dəyişikliyi edildi - Qaydaları pozanlar 100 manat cərimələnəcək

28 Yanvar 2025 09:08
Baxış: 1 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda daha bir yolda hərəkətin təşkilində dəyişiklik edilib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla və Çernyayevski küçələrinin kəsişməsindən gedir.

Bir vaxtlar həmin ərazidə kustar üsulla asfalta çəkilən dairə cizgisi sürücülər arasında çaşqınlıq yaradırdı.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları növbəli hərəkəti təşkil etməklə ərazidə təhlükəsizliyi artırmaq və nizamlılığı təmin etmək üçün yol kəsişməsində "sarı tor" təşkil edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, sürücülər arasında çaşqınlığa səbəb olan hallar həmin ərazidə aradan qaldırılıb. O da əlavə edilib ki, ərazidə işıqforların quraşdırılması digər qurumlarla razılaşdırılır.

Qeyd edək ki, həmin yerdə işıqfor qoyulduqdan sonra qaydalara əməl etməyən sürücülər, yəni yol ayrıcını keçmə qaydalarının pozduqları halda 3 cərimə balı və 100 manat məbləğdə cərimə ediləcəklər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.