Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni şöbə müdiri təyin edilib.
Milli.Az bildirir ki, bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əmr imzalayıb.
Əmrə əsasən, İlkin Firqət oğlu Hüseynov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji inkişaf və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
İlkin Hüseynov ölkənin bank sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Xəbəri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən təsdiqləyiblər. /Unikal
Milli.Az