20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşına qanla yazılmış bir tarixdir - Sevil Mikayılova
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşına qanla yazılmış bir tarixdir.
Bunu Trend-ə Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
"1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşına qanla yazılmış bir tarixdir. Bu gün azadlıq və müstəqillik uğrunda şəhid olanların xatirəsi dərin ehtiramla yad edilir. Faciə təkcə müstəqillik mübarizəsinin bir hissəsi deyil, həm də totalitar Sovet rejiminin Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli cinayətdir.
1987-ci ildən başlayaraq, Ermənistandakı azərbaycanlıların tarixi torpaqlarından kütləvi deportasiyası və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri bölgədə gərginliyi artırdı. SSRİ rəhbərliyi isə bu gərginliyi aradan qaldırmaq əvəzinə, Azərbaycan xalqına qarşı hərbi cinayət törətmək yolunu seçdi. Yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu ağır texnika və müxtəlif silahlarla Bakıya daxil olaraq dinc əhalini qətlə yetirdi", - S.Mikayılova bildirib.
Onun sözlərinə görə, "Qanlı Bakı əməliyyatı" SSRİ-nin Müdafiə, Daxili İşlər Nazirlikləri və DTK-nın xüsusi qoşunları tərəfindən həyata keçirildi.
"Fövqəladə vəziyyət rəsmi olaraq 20 yanvarda elan edilsə də, hərbi əməliyyatlar bir gün əvvəl başlamışdı. Bu qətliam zamanı 147 nəfər öldürüldü, yüzlərlə insan yaralandı, minlərlə şəxs qanunsuz həbs edildi. Dövlət və şəxsi əmlaka böyük maddi ziyan vuruldu.
Ümummilli Lider Heydər Əliyev faciənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi. O, bu qanlı hadisəni "tarixi cinayət" adlandıraraq SSRİ rəhbərliyini kəskin tənqid etdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildi. 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qəbul edilən qərar, faciənin rəsmi səviyyədə tanınmasının əsasını qoydu.
Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinin əsl mahiyyətini üzə çıxardı və bu faciəyə düzgün siyasi-hüquqi qiymət verildi. 1994-cü il yanvarın 12-də keçirilən müşavirədə Heydər Əliyev bu hadisələri xalqımıza qarşı törədilmiş təcavüz kimi xarakterizə edərək günahkarların hələ də cəzasız qaldığını vurğulamışdı", - o bildirib.
S.Mikayılova qeyd edib ki, 1994-cü ildə Milli Məclis 20 Yanvar hadisələrini Sovet rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti kimi qiymətləndirdi.
"Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Şəhidlər Xiyabanında "Əbədi məşəl" kompleksi ucaldıldı və 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.
Prezident İlham Əliyev hər zaman şəhid ailələrinin sosial rifahının yüksəldilməsinə xüsusi diqqət yetirir. 2006-cı ildən etibarən 20 Yanvar şəhidlərinin ailələri və əlilliyi olan şəxslər üçün Prezident təqaüdləri təsis edilmiş, müvafiq yardımlar artırılmışdır. Həmçinin Şəhidlər Xiyabanında və digər memorial komplekslərdə yenidənqurma işləri aparılmışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu şəxslər üçün mənzillər və avtomobillər təqdim edilmiş, onların reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilmişdir. Prezidentin aylıq təqaüdlərinin 3 dəfəyə yaxın artırılması bu sahədə aparılan islahatların davamıdır.
20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda iradəsini daha da möhkəmləndirdi. Bu hadisələr Sovet imperiyasının Azərbaycanda siyasi dayaqlarını zəiflətdi və müstəqillik hərəkatını daha da gücləndirdi. Şəhidlərin qanı ilə yazılmış bu tarix azərbaycanlıların milli mənliyini, iradəsini və azadlıq sevgisini əbədi olaraq ifadə edir", - S.Mikayılova bildirib.
Deputat vurğulayıb ki, qanlı Yanvar hadisələri Azərbaycan xalqının milli azadlıq hərəkatının zirvəsi hesab olunur.
"Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları xalqımızın qəhrəmanlıq tarixində yeni səhifə açdılar. Xalqın birliyi və milli ləyaqət hissi həmin gün top-tüfəngə qalib gəldi, bu da 20 Yanvarı səciyyələndirən ən mühüm məqamdır.
20 Yanvar hadisələri dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb olmuş, milli faciəmizin beynəlxalq ictimaiyyətə tanıdılması istiqamətində ilk addımlar atılmışdır. Həmçinin bu hadisələr Azərbaycan milli kimliyinin formalaşmasında mühüm rol oynayaraq xalqın müstəqillik arzularını dönməz siyasi reallığa çevirmişdir.
Hər il yanvarın 20-də saat 12:00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, dövlət bayraqları endirilir. Bu, Azərbaycanın şəhidlərinə olan ehtiramının bariz nümunəsidir.
Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaq və gələcək nəsillər üçün bir ibrət dərsi olaraq yaşadacaq", - S.Mikayılova əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - (Foto)
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
XƏBƏR LENTİ
-
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - (Foto)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Qarabağda sülh və suverenlik: Azərbaycan Ordusunun 2023-cü il antiterror əməliyyatı
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)





