Bu şəxslər imtahan verəcək - DİM AÇIQLADI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il 19 yanvar tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək.
DİM-dən Milli.Az-a verilən məlumata görə, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında təşkil olunacaq. İmtahanda iştirak etmək üçün müraciət internet vasitəsilə aparılıb və 794 nəfər qeydiyyatdan keçib.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat 30 dəqiqə davam edəcək. İmtahanda iştirak edəcək bakalavrların nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatacaq.
Bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.
İmtahanların idarə olunması üçün 22 imtahan rəhbəri, 50 zal nəzarətçisi və buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.
Xatırladaq ki, iştirakçılar imtahan üçün ayrılan vaxt başa çatdıqdan sonra kompüterdə həm nəticələri, həm də hər bir tapşırığın izahlı həlli ilə tanış ola biləcəklər. Bundan əlavə, imtahan başa çatandan sonra müraciət edən şəxslərə magistraturaya qəbul imtahanları, ixtisas seçimi və digər məsələlər barəsində məlumat veriləcək və DİM-in məsul işçiləri tərəfindən bakalavrları maraqlandıran suallar cavablandırılacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Həzi Aslanov" stansiyası açıldı
-
“Ceyhun Sabunçu” qətlinə görə 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib
-
Gənc kişilər arasında erkən ölüm niyə çoxalıb? - (Video)
-
“Əvvəl çox əsəbləşirdim, indi vecimə deyil” - Nüşabə Ələsgərli
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - (Video)
-
63 yaşlı Aydan Şenerdən estetik etirafı: İllərə meydan oxumasının sirri - (Foto)
XƏBƏR LENTİ
-
"Həzi Aslanov" stansiyası açıldı
-
“Ceyhun Sabunçu” qətlinə görə 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib
-
Gənc kişilər arasında erkən ölüm niyə çoxalıb? - (Video)
-
Bit bazarından 3 manata aldığı çərçivə baha qiymətə çıxdı: Qızıl imiş
-
Üç bürc tələsməsə yeni həftədə pulu çox olacaq
-
“Əvvəl çox əsəbləşirdim, indi vecimə deyil” - Nüşabə Ələsgərli
-
Samsung telefonlarında müəmmalı mavi nöqtənin sirri
-
Mətbəx pulu ilə işə başladı: İndi 40-dan çox qadını işlə təmin edir - (Foto)
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - (Video)
-
63 yaşlı Aydan Şenerdən estetik etirafı: İllərə meydan oxumasının sirri - (Foto)
-
Sərnişinlər uçuşdan sonra niyə xəstələnirlər?
-
Yolda tapdığı qara daş həyatını dəyişdi: Fermer ev və maşın aldı
-
“Qalatasaray” İstanbul derbisində “Fənərbağça”ya qalib gəlib
-
2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı
-
Türkiyədə holdinq sahibi həbs olundu
-
Balıq bazarıda bahalaşma var - (Video)
-
Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
-
“Hörmüz tamamilə bağlıdır və nəzarətimizdədir” - Əli Abdullahi
-
Günün qoroskopu: Böyük məbləğdə nağd pul xərci proqnozlaşdırılır
-
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 6 il ötür
-
Mayk Tayson İstanbulda seriala çəkilir
-
Bakının bu ərazilərində ucuz mənzillər satılır - (Video)
-
Azərbaycan və UNESCO arasında əməkdaşlıq məsələləri müzakirə olunub - (Foto)
-
Anasını qətlə yetirən 22 yaşlı gəncə hökm oxundu





