Ölkə

Nazir Anar Salahovu işdən çıxardı - yeni TƏYİNAT - FOTO

14 Yanvar 2025 15:53
Baxış: 1 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili xidmət polkovnik-leytenantı Anar Əzizağa oğlu Salahov Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Neftçala Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

Milli.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Fotoda: Anar Salahov

A.Salahovun yerinə Rüfət Elbrus oğlu Qorçiyev gətirilib.

Qeyd edək ki, Anar Salahov 2017-ci ildən Neftçala Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.