Ölkə

Parlamentdə yaz sessiyası: İlk iclasın tarixi AÇIQLANDI

14 Yanvar 2025 11:47
Baxış: 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin yaz sessiyasında ilk komitə iclasının vaxtı məlum olub.

Milli.Az xəbər verir ki, sessiya çərçivəsində ilk komitə iclası yanvarın 16-da baş tutacaq.

Mədəniyyət komitəsinin yanvarın 16-da keçiriləcək iclasının gündəliyi də açıqlanıb:

1. Mədəniyyət komitəsində 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabat.

2. Mədəniyyət komitəsinin 2025-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi.

3. "Kitabxana işi haqqında" və "Muzeylər haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.