Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə söylədiyi fikirlər sülhə və ədalətə dair bir yol xəritəsi kimi qiymətləndirilməlidir. Basarkeçər rayonundan olan bir ziyalı kimi bu bəyanatın dünya ictimaiyyətini dərindən düşünməyə vadar edəcək mühüm bir çağırış olduğuna inamla baxıram".
Milli.Az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, Qərbi Azərbaycanın Basarkeçər rayonundan olan ziyalı Aqşin Kərimov deyib. O bildirib ki, Prezident İlham Əliyevin şəxsi liderliyi altında Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli qaydada doğma torpaqlarına qayıtmasına dəstək göstərilməsi ədalət prinsiplərinin ön plana çıxarılması baxımından misilsizdir. Bu yanaşma tarixi ədalətsizliklərin bərpası üçün zəmin yaratmaqla yanaşı, həm də dünya üçün humanizm və insan haqlarına dair örnəkdir.
Onun sözlərinə görə, Ermənistanın Qərbi azərbaycanlılara qarşı törətdiyi deportasiya və kütləvi zülmlər, tarixin qaranlıq səhifələrində qala bilməz. Bu hadisələrin inkar edilməsi, sülh və dialoq üzərindən gələcək qurmaq üçün təməl prinsiplərə ziddir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistanın üzr istəməsi, tarixi ədalətsizlikləri tanıması və Qərbi azərbaycanlıların evlərinə qayıtmasına şərait yaratması vacibdir.
"Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtması təkcə bir xalqın deyil, bütün bəşəriyyətin tarixə olan borcudur. Bu prosesin uğurla həyata keçirilməsi, Azərbaycan Prezidentinin möhkəm liderliyi, beynəlxalq ictimaiyyətin dəstəyi və sülhə olan ülvi inancımızın sayəsində mümkün olacaq. Biz öz doğma torpaqlarımıza qayıdacağıq və bu yolda yeni tarix yazmaq üzrəyik.
Qeyd etmək istərdim ki, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır. Prezident İlham Əliyevin liderliyi altında bu dönüm nöqtəsinin gerçəkləşəcəyini böyük inamla gözləyirik", - deyə alim fikrini yekunlaşdırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
XƏBƏR LENTİ
-
Təyyarələrdə buna görə soyuq olur
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi





