Ölkə

Zəbt olunan həmin səkilərlə bağlı rəsmi AÇIQLAMA - FOTO

11 Yanvar 2025 13:20
Baxış: 357
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Afiyəddin Cəlilov küçəsində səkilər zəbt olunub. Ərazidə yaşayan sakinlər məcburiyyətdən maşın yoluna çıxdıqlarını bildiriblər.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən "Qafqazinfo"ya ərazinin qurumun nəzarətində olduğu açıqlanıb.

"Ərazi rayon İcra hakimiyyəti olaraq nəzarətimizdədir. Hazırda orada səkinin bərpası işləri gedir. Sonra isə rayonun digər prospekt və küçələrində olduğu kimi, yaşıllıq zolağı yaradılacaq. Ərazidə heç bir ağac kəsintisindən söhbət gedə bilməz.

Təəssüflər olsun ki, bəzi tikinti şirkətləri tikinti işləri başa çatandan sonra belə cəhdlər edirlər. Bir neçə il əvvəl həmin küçəyə paralel Mehdi Mehdizadə küçəsində də belə cəhd olmuşdu. Dərhal tərəfimizdən qarşısı alındı və müvafiq qurumlarla birgə tədbirlər görüldü", - deyə açıqlamada vurğulanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.