Azərbaycan sülh gündəliyini fəal formada həyata keçirir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 7 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə qeyd etmişdir ki, "İkinci Dünya müharibəsindən sonra yaranmış sistem artıq öz potensialını itirib. Bunu bir çox yerlərdə gedən proseslər, münaqişələr, müharibələr və sair hadisələr göstərir". Belə bir mürəkkəb şəraitdə Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsi bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilən strateji kursun parlaq nəticəsidir. Keçmiş SSRİ məkanında Azərbaycan yeğanə dövlətdir ki, bütün xarici müdaxilələrə, təzyiqlərə və təhdidlərə, və həmçinin beynəlxalq təşkilatların fəaliyyətsizlinə rəğmən, beynəlxalq hüququ döyüş meydanında öz gücü hesabına bərpa eməyə nail olmuşdur.
İkinci Qarabağ müharibəsinin nəticəsi kimi Cənubi Qafqaz regionunda davamlı beynəlxalq sülhün və təhlükəsizlik rejiminin bərqərar olunmasına əlverişli şəraitin yaranmasına baxmayaraq, kapitulyasiyaya uğrayan Ermənistan xarici qüvvələrin dəstəyinə arxalanaraq, surətlə militarizasiya planlarını həyata keçirir və silahlanır. Revanşıst meyllərini gücləndirən Ermənistan faktiki olaraq bütövlükdə bölgə üçün ən ciddi təhlükə mənbəyinə cevrilmişdir.
Bu gün Azərbaycan sülh gündəliyini fəal formada həyata keçirir və bu prosesin müqavilə-hüquq kontekstində möhkəmlənməsi üçün ardıcıl addımlar atır. Sülh müqaviləsinin imzalanması üçün dövlətimiz beynəlxalq hüququn beş prinsipinin hüquqi baza kimi götürülməsini təklif etmişdir və bu tamamilə məntiqli addımdır. Eyni zamanda, Dövlət Başçısının qeyd etdiyi kimi, "əgər Ermənistana sülh lazım deyilsə, bizə də lazım deyil. Biz müqavilə imzalanmadan yaşaya və öz siyasətimizi apara bilərik".
Azərbaycan Böyük Zəfər əldə edərək, bu gün işğaldan azad olunan ərazilərdə nəhəng bərpa-quruculuq işlərini aparır və bütün dünyaya öz gücünü nümayiş etdirir. Beynəlxalq münasibətlərdə ən ciddi söz sahibi olan Azərbaycan müstəqil daxili və xarici siyasətini həyata keçirir və xalqımızın milli maraqlarını bütün xarici müdaxilələr və təhdidlərdən qorumaq iqtidarındadır.
Nizami Səfərov, Milli Məclisin deputatı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Hava ilə bağlı son məlumat
XƏBƏR LENTİ
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)





