Bu istiqamətlərə 22 əlavə reys təyin olundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Yeni il tətilində sərnişinlərin təhlükəsiz, vaxtında və rahat səyahətinin təmin edilməsi üçün 30 dekabr - 5 yanvar tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Milli.Az xəbər verir ki, bu barədə səhmdar cəmiyyət məlumat yayıb.
Qeyd edilib ki, qeyri-iş günlərində ADY qatarları Abşeron dairəvi dəmir yolu və rayonlararası istiqamətlər üzrə ümumilikdə 73 885 nəfər sərnişinə xidmət göstərib.
"Bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq, Bakı-Qəbələ-Bakı marşrutu üzrə 8 əlavə reys təyin olunub və 2239 nəfər sərnişin mənzil başına çatdırılıb.
Həmçinin, gündəlik qrafik əsasında fəaliyyət göstərən Bakı-Ağstafa-Bakı marşrutu üzrə sərnişin tələbatının təmin olunması məqsədilə hər iki istiqamətdə ümumilikdə 14 əlavə reys təyin olunub və bayram günlərində müvafiq marşrutla 10 416 nəfər sərnişin daşınıb.
Bundan başqa, ADY yanvarın 3-dən etibarən Bakı-Balakən-Bakı marşrutu ilə gecə qatarlarının hərəkətini bərpa edib. Bu istiqamətdə ilk qatarın doluluq səviyyəsinin 90 faizdən çox olması həmin xətt üzrə sərnişindaşımaya yüksək tələbatın olduğunu göstərir. 3, 4 və 5 yanvar tarixlərində bu marşrut üzrə 578 nəfər sərnişinə xidmət göstərilib.
Ümumilikdə tətil günlərində ADY qatarları ilə rayonlararası istiqamətlər üzrə xidmət göstərilən 13 233 nəfər sərnişindən 5686 nəfəri əlavə təyin edilmiş 22 reyslə daşınıb.
Qeyd edək ki, 2024-cü ildə "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən 8,5 milyon sərnişinə səyahət xidmətləri təqdim edilib. Ardıcıl ikinci ildir ki, ADY xidmət göstərdiyi sərnişinlərin sayını rekord səviyyəyə çatdırıb, belə ki, 2023-cü ildə 7 milyondan çox sərnişin daşınmışdı. 2024-cü ildə həftəiçi bəzi günlərdə sərnişin sayı 37 minə qədər yüksəlib. 2023-cü ildə bu göstərici 30 min idi", - QSC-dən bildirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ebru Gündeş yenə cərrah bıçağı altına yatdı - Yeni görünüşü - (Foto)
-
Polşa mətbuatı Transxəzər fiber-optik kabel layihəsindən yazdı
-
"Sabah" - "Borussiya" oyununa satılan biletlərin sayı açıqlandı
-
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
-
İntensiv yağış yağacaq - Proqnoz verildi
-
Azərbaycanda zəlzələ oldu - (Yenilənib)
XƏBƏR LENTİ
-
Ebru Gündeş yenə cərrah bıçağı altına yatdı - Yeni görünüşü - (Foto)
-
Madrid klubu Serxio Ramosa "elçi düşdü"
-
Polşa mətbuatı Transxəzər fiber-optik kabel layihəsindən yazdı
-
"Sabah" - "Borussiya" oyununa satılan biletlərin sayı açıqlandı
-
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
-
Azərbaycan çempionatında azarkeş rekordu
-
İntensiv yağış yağacaq - Proqnoz verildi
-
Azərbaycanda zəlzələ oldu - (Yenilənib)
-
Avropa İttifaqı Ermənistandan gələn məhsulu qadağan etdi
-
Türkiyədə güclü yağışların ağır nəticələri: 6 nəfər həyatını itirdi
-
Rusiya Kiyev metrosuna zərbə endirdi - Ölən var
-
DİN məktəb direktorunun avtomobilinin qəsdən yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi
-
Sindi Kroufordun vəfat edən oğlu ilə bağlı ilk paylaşımı - (Foto)
-
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
-
Baş nazirin müavini təyin edilən Teymur Musayev kimdir? - Dosye
-
Yeni səhiyyə naziri kimdir? - Dosye
-
Teymur Musayev Baş nazirin müavini təyin edildi - Sərəncam
-
Anar Bayramov səhiyyə naziri təyin edildi
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyində - Fərman
-
Maqsud Babayev vəfat etdi
-
Şamaxıda 7 yaşlı uşaq su ilə dolu bidona düşərək öldü
-
Azərbaycanın son 1 ildə Ermənistana satdığı məhsullar - Siyahı
-
Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
-
Bakıda narkotikin təsiri altında sükan arxasına keçən sürücü həbs edildi - (Video)





