Ölkə

Saray körpüsü nə vaxt istifadəyə veriləcək?

4 Yanvar 2025 23:48
Baxış: 1 313
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddətdir ki, söküntüsü həyata keçirilən Saray körpüsü sakinləri narazı salıb. Buna səbəb tikinti işlərinin olduqca ləng həyata keçirilməsidir.

Sakinlərin sözlərinə görə, söküntü işləri başa çatıb. Hazırda tikinti işləri üçün ərazi hazır vəziyyətə gətirilir. Ancaq proses olduqca zəif həyata keçirilir.

Təmir-tikinti səbəbindən ərazidə təhlükəsizlik tədbirləri görülüb. Sakinlərin yolu dəyişdirilib. Bu səbəbdən körpü ətrafından istifadə edən sakinlər alternativ yolun olmamasından şikayətlənirlər.

Mövcud vəziyyətlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirilib ki, ərazidə söküntü işləri yekunlaşıb və hazırda betonlanma prosesi həyata keçirilir. Bunun üçün əraziyə çoxsaylı texnika və canlı qüvvə cəlb olunub. Sürücülərin və piyadaların hərəkəti nəzərə alınmaqla Saray körpüsünün qısa vaxt ərzində tikilərək istifadəyə verilməsi nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.