Ölkə

Ağdamda yeni yaşayış binaları tikiləcək - 23,7 milyon manat ayrıldı

25 Dekabr 2024 09:46
Baxış: 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdam rayonunda yeni yaşayış binaları inşa olunacaq.

Bu barədə Milli.Az dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Belə ki, Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 9 və 10-cu məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binaları tikiləcək.

Məlumata görə, artıq bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti hazırlıqlara başlayıb.

Qurum sözügedən işlərin icrasının 23,7 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.