Ölkə

Bakı metrosunda ÖLÜM

14 Dekabr 2024 12:57
Baxış: 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı metrosunda ölüm hadisəsi qeydə alınıb.

Bu barədə Qurumun Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov Milli.Az-a bildirib:

"Səhər saat 5:30-da iş vaxtı bitərək "İnşaatçılar" stansiyasında iş yerini tərk etmiş Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov saat 8:50-də "Koroğlu" stansiyasında növbətçiyə yaxınlaşaraq, tibbi yardıma ehtiyacı olduğunu bildirib.

Dərhal ilkin yardım göstərilib, təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırılıb. Bütün müvafiq tədbirlər görülsə də, Saleh Məmmədov dünyasını dəyişib".

Allah rəhmət eləsin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.