Nazir onlara tapşırıqlar verdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elm və təhsil naziri Emin Əmrullayev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.
İdarədən Milli.Az-a verilən məlumata görə, görüşdə Elm və Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nərminə Hüseynova, Yasamal və Nərimanov rayonları üzrə məktəb direktorları iştirak ediblər.
Görüşdə iştirakçıları salamlayan elm və təhsil naziri Emin Əmrullayev təhsil sahəsində aparılan islahatlardan, 2024-cü ildə qazanılmış uğurlar və perspektiv məsələlərdən, müəyyən edilmiş əsas prioritet istiqamətlərdən danışıb.
Təhsildə islahatların davamlı xarakter daşıdığını qeyd edən nazir bu islahatların ən önəmli istiqamətlərindən birinin məhz idarəetmə ilə bağlı olduğunu deyib. E.Əmrullayev bu baxımdan məktəb rəhbərlərinin üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb.
Görüş zamanı nazir müəllim nüfuzu, məktəblərin qarşısında dayanan yeni çağırışlar, məktəb-icma münasibətləri, təhsilverənlərin sertifikatlaşdırılması, təhsil müəssisələrində psixoloji xidmət səviyyəsinin artırılması, ümumi təhsildə inklüzivliyin genişləndirilməsi, elektron xidmətlərdən səmərəli istifadə və məktəbdə öyrənmə mühitinə təsir edən digər amillər barədə fikirlərini bildirib. Elm və təhsil naziri tədrisin keyfiyyətinin yüksəldilməsi, tədris mühitinin yaxşılaşdırılması və idarəetmə işinin təkmilləşdirilməsinə yönələn tədbirlərin əhəmiyyətindən bəhs edib.
Emin Əmrullayev ümumi təhsil müəssisələrində monitorinq və nəzarətin gücləndirilməsinin vacibliyindən bəhs edib, məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin olunması, məktəb-icma, müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsi istiqamətində ümumi təhsil müəssisələrində aparılan işlərin təkmilləşdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Görüşdə müvafiq məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, mövcud problemlər və onların həllinə dair fikirlər söylənilib.
Daha sonra təhsil müəssisələrinin rəhbərlərini maraqlandıran suallar cavablandırılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
XƏBƏR LENTİ
-
“Mercan Köşk” bu səbəbdən final etdi
-
Tramp İsrail xalqına müraciət etdi
-
Nizami rayonunda 2 gün su olmayacaq
-
Badamdar-"20-ci sahə" yolunda quraşdırılan nişan sürücülərdə narazılıq yaratdı - (Video)
-
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - (Video)
-
Çempionlar Liqası matçını buraxacaqlar
-
Türkiyədə konsert faciəsi - Ölənlər var
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
-
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
-
Azərbaycan gimnastları Dünya kuboku seriyalarının qalibi olublar - (Foto)
-
Biləsuvarda ağır qəzanın səbəbi arılar olub
-
Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib - (Foto)
-
Premyer Liqa: "Kəpəz" "Zirə" ilə heç-heçə edib
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var - (Foto)
-
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib
-
Batut gimnastikası üzrə Dünya kubokunda növbəti qızıl medal - (Foto)
-
Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - (Video)
-
Sumqayıtda tikilinin damında təmir işləri aparan şəxs xasarət alıb
-
Fransada aksiyalar zamanı saxlanılanların sayı 2 mini keçib
-
Messi bir oyunda iki rekord müəyyənləşdirdi
-
Bakıda ağır qəza: BMW və "Hyundai" toqquşdu, ölən var
-
İndoneziyada 5,3 maqnitudalı zəlzələ baş verib
-
Selcan Mahsudova batut gimnastikası üzrə Dünya kubokunun qalibi olub - (Foto)
-
Meteohəssas insanların diqqətinə





